Əslində heç bilmirəm bu “aksiyaya” qoşulmaq fikri hardan gəldi ağlıma :D Məncə etiraf etmək cəsarət tələb edən bir şeydir. Görək mənim cəsarətim hara qədər olacaq? :D
- heç vaxt gözümə layner çəkməmişəm. çünki bacarmıram. öyrənməyə də heç vaxt cəhd etməmişəm.
- ölümümün dənizdə olmağını…
World Science Festival Video : How Do You Paint the Air?
Bu aralar izlədiyim festival!!! Çox maraqlı söhbətlər gedir elm adamları arasında. Mən ən çox incəsənətlə maraqlandığımdan bu yöndə olan videolara baxmağı üstünlük verirəm. Elmlə maraqlanan hər kəsə tövsiyyə edirəm bu saytı mütləq izləyin! Çox maraqlı videolar var festivaldan! http://worldsciencefestival.com Bu da mənə ən maraqlı olan videolardan biri!
Bakıdan getmək qərarını birdən-birə verdim. Şəkidə gəzməli görməli yerlərinin çox olduğunu bilirəm, həm də orda ən yaxın rəfiqələrimdən biri də yaşayır
Gediş gəliş cəmi 12 AZN başa gəldi. Yolda nə baş verdiyini əvvəlki yazılarımdakı kimi ətraflı yazmayacam
Sadəcə onu deyim ki, anladım ki, uşaqlar almaq istəyir, böyüklər isə vermək! Keçən dəfə uşaq məndən bütün yeməklərimi almaq istəyirdi, bu dəfə isə bir qoca xala öz yeməklərini güclə mənə yedirmək istəyirdi
Ardı :)
Dünən Joanne üçün farewell party etdik, yedik içdik söhbət elədik. Jurnalistikadan uzaq olsam da bu söhbətlər mənə çox maraqlı idi. Peace, war reporting və s. jurnalistikanın növləri haqqında çox maraqlı danışırdı Joanne :)) Mənzili çooox qeyri-adi və rahat idi. Səbinənin anası pizza bişirmişdi. Lamiyə, Xanım və mən şirniyyat aldıq. Joanne isə balıq qızartdı və ice-tea hazırlamışdı. Məclisin ən maraqlı hissələrindən biri Joanın bizə göstərdiyi “Transcendent Man” filmi idi. Bu filmə bir də baxıb bloqumda bir yazı yazacağam.
3 iyun 1963
Bu tarixdə Nazim Hikmət vəfat edib. Onun xoşuma gələn misralarından paylaşmaq istəyirəm:
Ne demir, ne tahta, ne tül perde var hayatında,
hürriyeti seçmene lüzum yok
hürsün.
Bu hürriyet hazin şey yıldızların altında..
3 iyun 1989
Bugün, əziz dostum Kənanın doğum günüdür. Onun haqqında yazmağa söz tapa bilmirəm, ona görə də heç nə yazmayacam. Tanıyanlar tanıyır. Hərdən deyirlər “qız deyil qızıldır” :) Mən bunu ona aid edərdim-qızıl kimi insan. Çox az adamlar olur ki,

Sosial medianın hər növündən hər rəngindən hər şey və hər kəs üçün!!! Qalmadı,facebookdan, twitterdən, wikipediyadan, flickrdən? wordpressdən, skypdan, nə istəsəz varımızdı! Ucuz və sərfəli! Hamısı İnternetdə!!!! :))))
| — | Unknown |
